“Bu, karyeramın ən ciddi qərarı olacaq” – Obameyanq

“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq London klubundakı gələcəyindən danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qabonlu hücumçu, “Arsenal”dan yeni müqavilə təklifi almadığını deyib:

“Arsenal”dan müqaviləmin müddətini artırmaqla bağlı təklif almamışam. Düzdür, uzun müddətdir əlaqə qurmaq istəyirlər. Ancaq buna nə üçün müsbət yanaşmadığımı bilirlər. Açar onların əlindədir, görək nə olacaq. Bu, mənim karyeramda dönüş nöqtəsidir və qərar vermək çətindir. Hələ dəqiq bir şey yoxdur, ancaq bu, karyeramın ən ciddi qərarı olacaq”.

Obameyanqın “Real”a transfer olunacağı iddia olunur. 30 yaşlı hücumçunun “Arsenal”la müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button