“Ondan çox razıyam, ancaq…” – Emeri

“Arsenal”ın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində “Mançester Yunayted”lə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Həm nəticə, həm də oyun baxımından daha çox şey istəyirəm. Sona qədər mübarizə apardıq, ancaq bundan da yaxşı ola bilərik. Topa daha çox sahib olub, rəqibin cərimə meydançasında imkanlar yaratmalıyıq.

Pyer-Emerik Obameyanq qol vurdu, ondan çox razıyam. Ancaq onunla yanaşı, digər futbolçuların da qol vurmasını istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button