Belçikalı müdafiəçi “Arsenal”a təklif olunub

“Arsenal”a əsas mərkəz müdafiəçisi Vilyam Salibanın uzunmüddətli zədəsindən sonra heyətini gücləndirmək üçün yeni variant təklif olunub.

Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

Bel nahiyəsindən zədə alan Saliba 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq. Bunun fonunda London klubuna hazırda Lissabon “Sportinq”ində çıxış edən belçikalı müdafiəçi Zeno Debastın xidməti təklif edilib. Mümkün transferin dəyəri təxminən 40 milyon avro təşkil edə bilər.

Debast ötən mövsüm “Sportinq”in heyətində 24 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib. O, həmçinin, Belçika millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button