
“Arsenal” seneqallı futbolçu ilə maraqlanır
“Arsenal” heyətini gücləndirmək üçün “Everton”un yarımmüdafiəçisi İliman Ndiaye ilə maraqlanır.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, Luverpul təmsilçisinin 26 yaşlı futbolçu ilə yeni müqavilə danışıqları hələlik nəticə verməyib. Bu səbəbdən, “topçular” vəziyyəti yaxından izləyir və mümkün transfer üçün hazır vəziyyətdədir.
Seneqallı oyunçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. “Everton” öz aparıcı futbolçusunu satmağa qərar verərsə, onun üçün təxminən 69 milyon funt-sterlinq (80 milyon avroya yaxın) tələb edəcək.
Ndiaye ötən mövsüm “Everton”un heyətində keçirdiyi 34 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



