“Arsenal” “Real”ın hücumçusunu transfer etməyi planlaşdırır

Yay transfer pəncərəsinin açılışına az qalıb. Artıq Avropanın nəhəng klubları heyətlərini gücləndirmək üçün planlar qurur və “Arsenal” da bu baxımdan istisna deyil.

Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, “Arsenal”ın yay transfer pəncərəsində “Real”ın hücumçusu Rodriqonu almağı planlaşdırdığı barədə məlumat yayıb.

Braziliyalı futbolçu yüksək səviyyəli oyun nümayiş etdirir, lakin Endrikin gəlişi və Kilian Mbappenin ehtimal olunan keçidi səbəbindən onun gələcəyi qeyri-müəyyəndir.

23 yaşlı forvard bu mövsüm 42 matçda iştirak edib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button