“Arsenal” “Real”ın hücumçusunu istəyir

“Real”ın hücumçusu Qonsalo Qarsiya “Arsenal”ın maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” yay transfer pəncərəsində Qabriel Jesusu 25 milyon avroya satmağa hazırdır. London klubu braziliyalı futbolçunun yerinə “Real”da əsas heyətdə sabit çıxış şansı qazanmayan Qarsiyanı transfer etməyi planlaşdırır.

22 yaşlı ispaniyalı forvardla “Nyukasl” da maraqlanır. Ancaq “sağsağanlar”ın bu transferdə fəallığı Nik Voltemade ilə mümkün ayrılıqdan asılı olacaq.

Qarsiyanın “Real”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. O, cari mövsümdə 32 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button