
“Arsenal” 85,5 milyon avro ödəməyə hazırdır – “Qarabağ”a 4 qol vuran oyunçu üçün
“Arsenal” “Nyukasl”ın hücumçusu Entoni Qordon üçün 75 milyon funt-sterlinq (85,5 milyon avro) ödəməyə hazırdır.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
“Topçular” 25 yaşlı futbolçu uğrunda mübarizədə “Liverpul”u və “Mançester Yunayted”i qabaqlayır. Qordonun London klubuna potensial keçidi komandanın hücumçusu Qabriel Martinellinin ayrılması demək ola bilər.
Qordon 2023-cü ilin yanvarından “Nyukasl”da çıxış edir. O, bu mövsüm bütün yarışlarda 38 oyunda meydana çıxıb, 14 qol vurub və 5 məhsuldar ötürmə verib.
İngiltərəli futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda (6:1) Bakıda “Qarabağ”ın qapısına 4 qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



