“Arsenal” braziliyalını saxlayacaq

İngiltərənin “Arsenal” klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu David Luizin xidmətindən razıdır. Klub futbolçuyla daha bir illik müqavilə imzalamaq istəyir.

Luizin də “topçular”da qalmaq istədiyi bildirilir.

Yay transfer pəncərəsi dövründə “Çelsi”dən “Arsenal”a keçən braziliyalı futbolçu, cari mövsümdə 32 oyunda iştirak edib.

“Arsenal”ın Matteo Genduzi ilə də yeni müqavilə imzalamaq istədiyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button