“Arsenal” 70 milyon avro ödəməyə hazırdır – NiderlandIı futbolçu üçün

“Milan”ın yarımmüdafiəçisi Ticani Reyncers İtaliya A Seriyasını İngiltərə Premyer Liqasına dəyişə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə “Arsenal” maraqlanır.

İtaliya klubu 26 yaşlı yarımmüdafiəçi üçün təxminən 70 milyon avro istəyə bilər ki, “topçular” bunu ödəməyə hazırdır.

Ticaninin “Milan”la müqaviləsi 2028-ci ilin iyunun sonuna qədərdir. O, İtaliya çempionatının cari mövsümündə 11 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button