“Arsenal” ispaniyalı üçün 60 milyon avro ödəyəcək

“Arsenal” yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi “Real Sosyedad”da çıxış edən Martin Zubimendinin transferini yekunlaşdırmaq üzrədir.

İngiltərə klubu 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün La Liqa təmsilçisinə 60 milyon avro təzminat ödəyəcək.

Zubimendi “Real Sosyedad”ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 30 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button