“Arsenal” “Lester”lə oyuna onsuz çıxacaq

“Arsenal” İngiltərə Premyer Liqasının 12-ci turunda səfərdə “Lester”lə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Qranit Caka “tülkülər”lə görüşdə komandasına kömək edə bilməyəcək. Bu barədə komandanın baş məşqçisi Unay Emeri İngiltərə mətbuatına açıqlamasında deyib. O, Cakanın hazırda psixoloji durumunun yaxşı olmadığını və “Lester”lə matçda olmayacağını bildirib.

Caka Premyer Liqanın 11-ci turunun “Kristal Pelas”la qarşılaşmasında yerli azarkeşlərlə qalmaqal yaşamış, daha sonra isə kapitanlığı əlindən alınmışdı.

Bu gün keçiriləcək “Lester” – “Arsenal” matçı saat 21:30-da start götürəcək.