“Arsenal” iki futbolçusunu Belarusa aparmadı

“Arsenal” UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Belarus BATE-si ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, London təmsilçisi sözügedən qarşılaşmada iki futbolçusunun köməyindən istifadə edə bilməyəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Belə ki, Məsut Özil və Aron Remzi BATE qarşısında forma geyinə bilməyəcək.

Məsut xəstələndiyinə, Remzi isə yüngül zədəsi olduğuna görə Belarusa aparılmayıb.

BATE – “Arsenal” matçı bu gün, saat 21:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button