
“Arsenal” “Barselona”nın futbolçusuna göz dikib
“Barselona”nın yarımmüdafiəçisi Dani Rodriges karyerasını İngiltərə Premyer Liqasının aparıcı klublarından birində davam etdirə bilər.
Komanda.az “E-Noticies”-ə istinadən xəbər verir ki, 20 yaşlı vingerlə “Arsenal” yaxından maraqlanır.
İspaniyalı futbolçunun bazar dəyəri 1 milyon avro olaraq qiymətləndirilir. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.
“Arsenal”ın bu transferdə əsas rəqibi isə “Atletik”dir.
“Topçular” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini 6 xal qabaqlayır. London təmsilçisinin Rodrigesi heyətinə qatmaqla rotasiyanı daha da gücləndirməyi planlaşdırdığı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



