“Arsenal” “Real”ın müdafiəçisinin transferini gözdən keçirir

“Arsenal” “Real”ın mərkəz müdafiəçisi Raul Asensionu transfer siyahısına daxil edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, İngiltərə klubu ispaniyalı futbolçunu Ben Uaytın mümkün əvəzedicisi kimi nəzərdən keçirir. Həmçinin, Asensionun “Real”dakı gələcəyi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi də bildirilir.

23 yaşlı müdafiəçi 2025/26 mövsümündə Madrid klubunun heyətində 34 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Real”la hazırkı müqaviləsinin müddəti 2031-ci ilə qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 20 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button