“Arsenal” gözünü 100 milyon avroluq futbolçuya dikib

“Leyptsiq”in yarımmüdafiəçisi Yan Diomande “Arsenal”ın maraq dairəsindədir. “Topçular” Qabriel Martinellinin yerinə Fil Dişi Sahilindən olan futbolçunu transfer etməyi düşünürlər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, Almaniya klubu 24 yaşlı oyunçusunu 100 milyon avro müqabilində satmağa hazırdır.

Diomandenin klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. O, bu mövsüm 24 oyunda meydana çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini 4 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button