“Messinin sözlərindən sonra hər kəs ağlamağa başladı” – Di Maria

Argentina millisinin üzvü Anxel Di Maria Amerika kuboku-2019-da Braziliyaya məğlub olduqları oyundan sonra komanda yoldaşı Lionel Messinin paltardəyişmə otağında futbolçularla söhbət etdiyini açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Di Maria, Messinin təsirli sözlərindən sonra futbolçuların ağladıqlarını deyib:

“Braziliyaya məğlub olduğumuzda Messi emosional söhbət etdi. O, qurduğumuz komanda ilə qürur duymağımızın vacibliyindən danışdı. İllərdir birgə oynayırmışıq kimi hiss etdik. Messi gənclərin komandaya bağlılığını və Amerika kubokunda olmağa layiq olduğumuzu dedi.

Messinin sözlərindən sonra hər kəs ağlamağa başladı. Xüsusilə də, gənc futbolçular çox təsirlənmişdi”.

Argentina millisi Amerika kuboku-2019-da Braziliyaya 0:2 hesabıyla məğlub olaraq, turnirlə vidalaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button