“Qalyardo dekabrda “Barselona”nın baş məşqçisi olacaq”

Argentina millisinin keçmiş futbolçusu Klauido Borqi “Barelona”nın yeni baş məşqçisinin adını açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi, Kataloniya təmsilçisinin Marselo Qalyardoya tapşırılacağını deyib:

“Qalyardo dekabrda “Barselona”nın baş məşqçisi olacaq. Hazırda o, dünyanın bir nömrəli baş məşqçisidir. “River Pleyt” klubunun prezidenti Rodolfo Donofrio Qalyardonun “Barselona” üçün komandadan ayrılacağını deyib. Bu haqda mənə kluba yaxın mənbə bildirib”.

2014-cü ildən “River Pleyt”i çalışdıran Qalyardonun Argentina təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi var.