Messi: “Uşaqlar hər dəqiqə mənə deyirlər ki…”

Argentina milli komandasının və PSJ-nin hücumçusu Lionel Messi açıqlama verib.

Komanda.az xəbər verir ki, ESPN telekanaılna danışan argentinalı futbolçu, Amerika kubokunun qalibi olmasının əhəmiyyətindən danışıb:

“Daha əvvəl kuboku qazanmağa çalışırdıq, bunu hər şeydən çox istəyirdik. Dünya kubokunu və ya Amerika kubokunu qazanmaq çox çətindir.

Əvvəllər insanlar etdiyimiz hər şeyi qiymətləndirmirdilər, əsas məqsədə çatmadığımızı vurğulayırdılar. Bütün gücünüzü verdiyiniz üçün məmnunluq hiss etmək vacibdir. Xoşbəxtlikdən, bizim üçün sonuncu final əvvəlkilərlə eyni deyildi.

Uşaqlar hər dəqiqə mənə deyirlər ki, “ata, sən çempionsan”. Mən izah edə bilmirəm. Bütün ailəmin Amerika kubokunda olmasını istərdim, amma heç bir oyuna, hətta finala da gələ bilmədilər.

Bu, ödəməli olduğumuz qiymətin bir hissəsidir. Ailələrimizlə yaxın ola bilmədikdə çempion olduq”.

Argentina yığması bu il keçirilən Amerika kubokunun finalında Braziliyanı məğlub edərək çempion olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button