
“Araz-Naxçıvan” yoxlama matçında qələbə qazandı
“Araz-Naxçıvan” təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, komanda 1-ci Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçirilən görüş Naxçıvan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Şarl Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.
Daha əvvəl “Qəbələ”yə minimal hesabla uduzan “Araz-Naxçıvan” klubun əvəzedici komandasını 7 cavabsız qolla üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



