“Barselona”dan ayrılmaq istəmir

Ronald Arauxo “Barselona”da qalmaq istəyir.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Barselona”nın müdafiəçisi Arauxo klubda qalmaq istədiyini söyləyib. O, agentinin gələn il başa çatacaq müqavilənin uzadılması üzərində işlədiyini bildirib:

“Burada olmaqdan çox şadam. Artıq müqaviləni yeniləmək üzərində işləyirik və bu həftə rəhbərliklə görüşəcəyik. Ümid edirəm ki, yaxın vaxtlarda müsbət qərar veriləcək. Çünki burada qalmaq istəyirəm”.

Uruqvaylı müdafiəçi 2019-cu ildən Kataloniya klubunun əsas komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button