Ançelotti “Real”ı nə vaxt tərk edəcək?

“Real”ın baş məşqçisi Karlo Ançelotti hələ ki, Madrid klubunu tərk etmək fikrində olmadığını bildirib.

Komanda.az “Rai Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Madriddə xoşbəxt olduğunu deyib:

“Mən “Real”da daha bir il, sonra daha bir il qalmaq istəyirəm. Burada olduğum üçün çox xoşbəxtəm və məmnunam”.

Ançelotti ötən mövsüm komanda ilə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.

La Liqanın 7 turundan sonra “Real” 19 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Eyni xala sahib “Barselona” liderdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button