“Məncə, hər bir məşqçi həyatında heç olmasa, bir dəfə “Real”ı çalışdırmalıdır”

“Real”ın sabiq baş məşqçisi, hazırda “Everton”u çalışdıran Karlo Ançelotti açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, “kral klubu”nu çalışdırdığı vaxtla bağlı danışıb:

“Məncə, hər bir məşqçi həyatında heç olmasa, bir dəfə “Real”ı çalışdırmalıdır. İki il orda oldum. Bu, mənim üçün unudulmaz təcrübə oldu, çünki məncə, “Real” sahib olduğu görüntü baxımından dünyanın ən yaxşı klubudur.

“Real”a gedəndə, komandanın bəzi problemləri vardı, Çempionlar Liqasını qazana bilmirdi. Orda çalışdığım ilk mövsümdə turnirin qalibi olduq. “Real”dakı futbolçularım üçün darıxıram”.

Ançelotti 2013-2015-ci illərdə “Real”ı çalışdırıb.