Ançelotti Qvardiolanı təriflədi

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqa təmsilçisindəki işi barədə açıqlama verib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, özünü “möhtəşəm işlər görən insan” adlandırıb:

“Mən özümü möhtəşəm işlər görən insan hesab edirəm. Bəzən uğur qazanıram, bəzən bunu bacarmıram. Dünyanın ən yaxşı klubunda olmaq mənə qismət olub”.

Ançelotti “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola haqda da danışıb:

“Qvardiola əla məşqçidir. O, futbola yeni və maraqlı şeylər gətirib. Pep uğur qazanmağa davam edir”.

“Real” və “Mançester Siti” ötən mövsüm UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində qarşılaşıb. İki matçın ümumi nəticəsinə əsasən, “kral klubu” finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button