Amit Quluzadənin komandasından darmadağın

Futbol üzrə Moldova çempionatında 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Kodru Lozova” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amit sonadək ehtiyatda qalıb.

16 turdan sonra 33 xalı olan “Milsami” 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button