Amerika kuboku: Argentina millisindən darmadağın

Bu gün futbol üzrə Amerika kubokunun qrup mərhələsinin oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə B qrupunun qarşılaşmaları keçirilib. Lider Braziliya yığması Ekvadorla qollu bərabərə qalıb. Peru isə Venesuela millisindən üstün olub.

Bu gün A qrupunun qarşılaşmaları keçirilib. Argentina Boliviyanı, Uruqvay isə Paraqvayı məğlub edib.

Amerika kuboku, qrup mərhələsi, 5-ci tur

28 iyun

B qrupu

Braziliya – Ekvador 1:1
Qol:
Eder Militao, 37 – Anxel Mena, 53.

Venesuela – Peru 0:1
Qol:
Andre Karrilyo, 48.

29 iyun

A qrupu

Boliviya – Argentina 1:4
Qol:
Ervin Saavedra, 60 – Alexandro Qomes, 6. Lionel Messi, 33-pen; 42. Lautaro Martines, 65.

Uruqvay – Paraqvay 1:0
Qol:
Edinson Kavani, 21-pen.

Bombardir: Lionel Messi (Argentina) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button