“Yuventus” üçün tibbi müayinədən keçdi – “Atletiko”nun hücumçusu

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Atletiko”dan Alvaro Moratanı heyətinə qatmağa yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İspan hücumçu artıq Turinə gəlib və tibbi müayinədən keçib. “Yuventus” Moratanı bir illik icarəyə götürəcək. “Atletiko” 27 yaşlı futbolçunun keçidindən 10 milyon avro qazanacaq.

Morata daha əvvəl, 2014-2016-cı illərdə icarə əsasında “Yuventus”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button