
Alvares “Atletiko”dan bir halda ayrıla bilər
“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını hansı komandada davam etdirmək istədiyinə qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard madridlilərdən yalnız “Barselona”dan təklif gələcəyi halda ayrılmağa razıdır. 26 yaşlı futbolçunun İspaniyada qalmaq istədiyi və Kataloniya klubunun artıq bu bahalı transferi necə reallaşdırmaq barədə düşündüyü bildirilir.
“Transfermarkt” portalının məlumatına əsasən, Alvaresin bazar dəyəri 90 milyon avro təşkil edir. Onun “Atletiko” ilə müqaviləsinin müddəti isə 2030-cu ilin yayına qədərdir.
Son vaxtlar yayılan xəbərlərdə futbolçu ilə “Arsenal” və PSJ-nin də yaxından maraqlandığı vurğulanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



