Almanların Kloppla bağlı planı

Almaniya Futbol Assosiasiyası Yulian Naqelsmann AÇ-2024-ün sonunda millini tərk edərsə, “Liverpul”un çalışdırıcısı Yurgen Kloppu DÇ-2026-da yığmanın baş məşqçisi kimi görmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Almaniyanın futbol rəsmiləri Kloppu 2025-ci ilin martından milli komandaya rəhbərlik etməyə razı salmaq istəyir. O vaxta qədər millinin “sükan”ı Sandro Vaqnerə keçəcək. Lakin bütün bunlar yalnız hazırkı baş məşqçi Naqelsmann Almaniya millisini tərk edəcəyi təqdirdə mümkündür.

Klopp yanvarın axırlarında cari mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis qərarını enerjisinin tükənməsi ilə izah edib. Bundan əlavə, o, ayrıldıqdan sonra növbəti il ​​mütləq nə klubda, nə də millidə işləməyəcəyini qeyd edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button