“Real”, ya da “Yuventus”u rəqib kimi arzulayır – himnlərinə görə

Almaniyanın “Leyptsiq” klubunun baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşmaq istədiyi komandanın adını açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, “Real” və ya “Yuventus”a rəqib olmaq istədiklərini deyib:

“Hər zaman istənilən turnirdəki növbəti rəqibimizin himninə baxıram. “Real” və “Yuventus”un himni çox yaxşıdır və onlarla qarşılaşmaq istərdim. İspan, ya da italyan dilini bilsəydim, himnlərini də oxuya bilərdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button