Azərbaycan millisinin rəqibinin üzvü ilə yeni müqavilə

Almaniyanın “Leyptsiq” klubu futbolçusu Peter Qulaçinin müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi 29 yaşlı qapıçının sözləşməsinin müddətini 2023-cü ilə qədər uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Macarıstan millisinin də şərəfini qoruyan Qulaçi, 2015-ci ildən “Leyptsiq”də forma geyinir.

Macarıstan millisi Azərbaycan yığmasının də yer aldığı E qrupunda Slovakiya, Uels və Xorvatiya ilə birlikdə mübarizə aparır.