“Borussiya” rəsmisindən Halandla bağlı açıqlama

Almaniyanın “Borussiya” klubunun (Dortmund) idman direktoru Sebastyan Kel komandanın hücumçusu Erlinq Halandın gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sport1” telekanalına danışan Kel, norveçli futbolçunun komandada qalacağını bildirib:

“Halandın yeni mövsümdə “Borussiya”da olacağını düşünürəm. O, bizimlə olmaqdan razıdır və komandada qalmaq istəyir”.

Bu mövsüm Almaniya Bundesliqasında 26 oyunda 25 qol vuran Halandın adı Avropanın nəhəng klubları ilə hallanır. 20 yaşlı hücumçunun “Borussiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.