Rəsmi: “Barselona”nın yetirməsi “Borussiya”da
Almaniyanın “Borussiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Dortmund təmsilçisi “Barselona”dan Mateu Moreyi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
“Barselona”nın yetirməsi olan Morey, Dortmund klubuna azad agent kimi keçib. Müdafiənin sağ cinahında çıxış edən futbolçu, son mövsümü “Barselona”nın B komandasında keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin