“Borussiya”nın futbolçusu Bundesliqanın tarixinə düşdü

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Yussufa Mukoko Bundesliqanın tarixinə düşüb.

Komanda.az xəbər verir ki, 16 yaşlı futbolçu komandasının “Herta” ilə qarşılaşdığı oyunun 84-cü dəqiqəsində Erlinq Halandın yerinə meydana daxil olaraq, Bundesliqada forma geyinən ən gənc futbolçu olub.

Bundan əvvəlki rekord türk futbolçu Nuri Şahinə aid idi. Nuri Dortmund “Borussiya”sı ilə Bundesliqadakı ilk matçına 16 yaş 335 günlüyündə çıxmışdı.

“Herta” – “Borussiya” matçı qonaqların 5:2 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button