“Bayern”in futbolçusunun ürəyində problem yaranıb – koronavirusa görə

Almaniyanın “Bayern” klubunun futbolçusu Alfonso Deyvis koronavirusa yoluxduqdan sonra ürəyində problem yaranıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Naqelsmann yerli mətbuata açıqlamasında deyib. Naqelsmann 21 yaşlı müdafiəçinin koronavirusdan sağalmasına baxmayaraq, ürəyində problem yarandığı və bu səbəbdən bir müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Deyvis bu mövsüm Bundesliqada 16 oyuna çıxıb.