Bundesliqa klubunda yeni müqavilə

Almaniyanın “Bayer” klubu futbolçusu Florian Virtsin müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti 2026-cı ilin yayına qədərdir.

Bu mövsüm Bundesliqada 26 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edən Virtsin “transfermarkt”da dəyəri 45 milyon avrodur.