Daha üç klub Avropa Super Liqasında iştirak edə bilər

Almaniyanın “Bavariya”, “Leyptsiq” və Portuqaliyanın “Portu” klubu yeni yaradılan Avropa Super Liqasında iştirak edə bilərlər.

Komanda.az xəbər verir ki, bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” hesabında paylaşım edib. O, hər üç klubun yaxın zamanda yeni yaradılan Super Liqaya qoşulacağını bildirib.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.