
Kloppun Almaniya millisinin baş məşqçisi olmaq ehtimalı 83 faizdir
Almaniya millisinin baş məşqçi postuna əsas namizəd Yurgen Klopp hesab olunur.
Komanda.az xəbər verir ki, Almaniya Futbol Assosiasiyası iyulun 3-də Yulian Naqelsmannla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Bundan sonra Yurgen Kloppun Almaniya millisini çalışdıracağı ilə bağlı ehtimallar xeyli artıb. Məlumata görə, onun yığmanın baş məşqçisi təyin olunmasına verilən əmsal son günlər 1,73-dən 1,20-yə enib ki, bu da təxminən 83 faiz ehtimal deməkdir.
Bildirilir ki, assosiasiya yaxın günlərdə Kloppla rəsmi danışıqlara başlayacaq. Mütəxəssisin də bu vəzifəni qəbul etməyə hazır olduğu qeyd olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


