Lövdən 0:6-ya şərh: “Qaranlıq bir gün idi”

Almaniya millisinin baş məşqçisi Yoahim Löv UEFA Millətlər Liqasında İspaniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Löv, 0:6 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:

“Etdiyimiz heç bir şey alınmadı. Bizim üçün qaranlıq bir gün idi. Bu gün hər baxımdan rəqibdən pis idik. Sonda geri çəkilməyə məcbur olduq. Bu böyük xəyal qırıqlığını təhlil etməli və nələri dəyişməli olduğumuza baxmalıyıq.

İşimdən ayrılacam? İşimə görə narahat olub-olmamağımı başqalarından soruşmalısız”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button