
“Almaniya millisi İspaniya yığmasından çox şey öyrənə bilər”
Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus ölkə futbolunun inkişafı üçün İspaniyanı nümunə göstərib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Almaniya millisi İspaniya yığmasından çox şey öyrənə bilər. Camal Musiala, Nataniel Braun və Aleksandar Pavloviç kimi istedadlarımız var. Həmçinin, yaxşı gənc futbolçularımız yetişir. Əsas məsələ onları korlamamaq və düzgün istiqamətləndirməkdir. Mənə elə gəlir ki, İspaniyadakı gənclər bizdən daha dözümlüdürlər.
Bəziləri deyir ki, bizdə istedad yoxdur. Amma bir neçə alman futbolçu “Real”, “Arsenal” və “Bayern” kimi klublarda çıxış edir və öz keyfiyyətini nümayiş etdirir”.
Almaniya millisi 2026-cı il dünya çempionatında 1/16 finalda Paraqvay yığmasına penaltilər seriyasında (əsas vaxt 1:1, penaltilər 3:4) uduzaraq, turnirlə vidalaşıb.
Bizi Facebook-da izləyin


