Alleqri qovulacaq?

Massimiliano Alleqrinin “Yuventus”un baş məşqçisi vəzifəsindən qovulması məsələsi klubun gündəmində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport İtalia” məlumat yayıb.

“Qoca sinyora”nın rəhbərliyi komandanın nəticələrindən məyus və narahatdır. Bununla belə, onlar Alleqriyə etibar edirlər və hazırda baş məşqçi dəyişikliyi nəzərdən keçirilmir.

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun matçında “Benfika”ya uduzub (1:2). Bu, Turin klubunun turnirdə ikinci məğlubiyyətidir.

İki turdan sonra “Yuventus” bir xal belə qazanmadan H qrupunda sonuncu yerdə qərarlaşıb. Komanda ÇL-də növbəti turda “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button