Afrika Millətlər Kuboku: 1/8 finalın cütləri

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Komanda.az xəbər verir ki, Misir, Madaqaskar, Əlcəzair, Mərakeş, Mali və Qana qrup lideri kimi 1/8 finala yüksəlibsə, Uqanda, Nigeriya, Seneqal, Fil Dişi Sahili, Tunis və Kamerun ikinci yerlə buna nail olub. Həmçinin ən yaxşı qrup üçüncüsü olan 4 komanda – Konqo, Qvineya, CAR və Benin yığmaları da pley-off mərhələsində oynamaq hüququ qazanıb.

Beləliklə, Afrika Millətlər Kubokunda 1/4 finala vəsiqə uğrunda aşağıdakı kollektivlər üz-üzə gələcəklər:

Afrika Millətlər Kuboku

5 iyul

Mərakeş – Benin
Uqanda – Seneqal

6 iyul

Nigeriya – Kamerun
Misir – CAR

7 iyul

Madaqaskar – Konqo
Əlcəzair – Qvineya

8 iyul

Mali – Fil Dişi Sahili
Qana – Tunis

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button