AFFA-nın təsis etdiyi FİF son 3 illə bağlı maliyyə hesabatını açıqlayıb

AFFA tərəfindən təsis olunan Futbolun İnkişaf Fondu (FİF) son 3 illə bağlı maliyyə hesabatını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə FİF-in mətbuat xidməti məlumat yayıb.

Hesabatda fondun 2022, 2023, 2024-cü illərdəki xərcləri və əldə etdiyi gəlirlər də göstərilib.

Qurumun 2022-ci ildəki gəlirləri 350 min 676 manat təşkil edib. 2023-cü ildə büdcəsinə 511 min 206 manat əlavə edən FİF, 2024-cü ildə 449 min 12 manat qazanıb.

2022-ci ildə büdcəsindən 379 min 249 manat xərcləyən fondun 2023-cü ildəki xərcləri 511 min 718 manat təşkil edib. Qurumun ötənilki xərcləri isə 471 min 809 manat olub.

FİF 2016-cı ildə AFFA tərəfindən təsis olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button