“Kəpəz”ə 2000 manatlıq cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda ölkə kubokunun oyunları ilə bağlı qərarlar qəbul edilib:

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri yerinə yetirmədiyi üçün 800 manat cərimə olunur;

1/4 final mərhələsinin “Səbail” – “Sumqayıt” oyununun 76-cı dəqiqəsində “Səbail” klubunun baş məşqçisinin köməkçisi Vüqar Məmməd matçın köməkçi hakimi Cavanşir Yusifovu vurduğuna görə Azərbaycan kuboku görüşlərində 20 oyun cəzalanır, klub 16 000 (on altı min) manat cərimə olunur;

“Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

1/4 final mərhələsinin “Kəpəz” – “Keşlə” oyununda pirotexniki maddələrdən istifadə olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;

Diktor məlumatları vaxtında vermədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunur;

Görüşdə yanğınsöndürən nümayəndə təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;

“Keşlə” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat cərimə olunur;

“Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

1/4 final mərhələsinin “Zirə” – “Neftçi” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button