AFFA-dan sənədləri saxtalaşdıran klub rəsmisinə 6 aylıq cəza

AFFA “Hindarx” (Ağcabədi) klubunun U-13 və U-14 Liqalarında çıxış edən komandalarını yarışlardan kənarlaşdırıb.

Komanda.az xəbər verir ki, buna komandaların heyətlərində lisenziyası saxtalaşdırılmış futbolçuların aşkar edilməsi səbəb olub.

Həmin futbolçuların 2024/2025 mövsümündə meydana çıxdığı bütün oyunlarda komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa, “Hindarx” komandasının rəsmisi Samiq Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button