AFFA 2 komandanı cərimə edib – Azarkeşlərə görə

AFFA İntizam Komitəsi iki komandanı azarkeşlərinin davranışına görə cərimələyib.

Komanda.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Əvəzedicilər Liqasında 36-cı turun “Turan Tovuz-2” – “Kəpəz-2” oyunundan əvvəl azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri 150 manat cərimə olunub.

2-ci Liqada pley-off mərhələsinin “Şəfa” – “Hypers” matçında da meydan sahiblərinin fanatları eyni davranışla yadda qalıblar. İntizam Komitəsi buna görə “Şəfa”nı 150 manat cərimələyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button