AÇ: Azərbaycanlı şahmatçılar növbəti görüşlərini keçiriblər

Azərbaycan şahmatçıları Serbiyanın Vrnyaçka Banya şəhərində keçirilən 23-cü şəxsi Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

Komanda.az xəbər verir ki, 6-cı turda Nicat Abbasov, Misrətdin İsgəndərov, Namiq Quliyev, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Xaqan Əhməd qələbə qazanıb.

Vüqar Əsədli, Vüqar Manafov, Ülviyyə Fətəliyeva, Vüqar Rəsulov, Ülvi Sadıqov, Riad Səmədov və Şahin Vəliyev “sülh”ə razılaşıblar.

Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Elmar Atakişiyev, Nail Bəşirli isə rəqiblərinə məğlub olub.

Hazırda iti zəka sahiblərindən ən yaxşı göstərici Nicat Abbasova məxsusdur. O, 5 xalla 9-cu pillədə yer alır.

Avropa çempionatı martın 14-də yekunlaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button