AÇ: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı

Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibi olacağı Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub.

Komanda.az xəbər verir ki, final mərhələsində yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək.

Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.

C qrupu (Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib)

18 avqust
23:00 Azərbaycan – Çexiya

19 avqust
23:00 Azərbaycan – Almaniya

20 avqust
23:00 Türkiyə – Azərbaycan

22 avqust
20:00 Azərbaycan – Yunanıstan

23 avqust
20:00 İsveç – Azərbaycan

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button