AÇ: Azərbaycan millisindən ardıcıl 3-cü məğlubiyyət

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, millimiz qrupdakı üçüncü oyununda Türkiyə yığması ilə qarşılaşıb.

İstanbuldakı Burhan Fələk Voleybol Salonunda təşkil olunan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Pərviz Səmədovun komandası bu rəqibə qarşı Bakıda keçirdiyi oyunda da 0:3 hesabıyla uduzmuşdu. Yığmamız Danimarkaya da Bakıda 1:3 hesabıyla məğlub olub.

Təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Oyunlar ev-səfər sistemi ilə keçirilir. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

AÇ-2023-ün təsnifat mərhələsi
A qrupu
17 avqust

Türkiyə – Azərbaycan 3:0 (25:15, 25:16, 25:19)