AÇ-2024: Türkiyə millisindən Latviyada çətin qələbə

Bu gün futbol üzrə AÇ-2024-ün seçmə mərhələsində 3-cü tur start götürüb.

Komanda.az xəbər verir ki, beş qrupda 12 oyun keçirilib.

Son dünya çempionatının finalçısı Fransa millisi Cəbəllütariqin, İngiltərə yığması Maltanın qonağı olub. Hər iki oyun favoritlərin asan qələbəsiylə yekunlaşıb. Türkiyə millisi isə səfərdə Latviya ilə qarşılaşıb. “Ay-ulduzlular” bu matçda çətin qələbəyə seviniblər.

AÇ-2024: Seçmə mərhələ, 3-cü tur

16 iyun

B qrupu

Cəbəllütariq – Fransa 0:3
Qol
: Jiru, 3. Mbappe, 45+3-pen. Mueli, 78.

Yunanıstan – İrlandiya 2:1
Qol
: Bakasetas, 15. Masuras, 49 – Kollinz, 27.

Xal: Fransa – 9, Yunanıstan – 6, Niderland – 3, İrlandiya – 0, Cəbəllütariq – 0

C qrupu

Malta – İngiltərə 0:4
Qol
: Apap, 8-öz qapısına. Aleksandr-Arnold, 28. Keyn, 31-pen. Uilson, 82-pen.

Şimali Makedoniya – Ukrayna 2:3
Qol
: Bardi, 31. Elmas, 39 – Zabarnı, 68. Konoplya, 68. Tsiqankov, 83.

Xal: İngiltərə – 9, İtaliya – 3, Şimali Makedoniya – 3, Ukrayna – 3, Malta – 0

D qrupu

Uels – Ermənistan 2:4
Qol
: D.Ceyms, 10. Uilson, 73 – Zelarayan, 19; 75. Ranos, 30; 66.

Latviya – Türkiyə 2:3
Qol
: Emsis, 51. Tobers, 90+4 – A.Bardakçı, 22. C.Ünder, 61. İ.C.Kahveci, 90+6.

Xal: Türkiyə – 6, Uels – 4, Xorvatiya – 4, Ermənistan – 3, Latviya – 0

H qrupu

Finlandiya – Sloveniya 2:0
Qol
: Pohyanpalo, 13. Antman, 64.

Danimarka – Şimali İrlandiya 1:0
Qol
: Vind, 47.

San-Marino – Qazaxıstan 0:3
Qol
: Voroqovski, 37. Taqibergen, 64. Zaynutdinov, 90+5.

Xal: Danimarka – 6, Finlandiya – 6, Qazaxıstan – 6, Sloveniya – 6, Şimali İrlandiya – 3, San Marino – 0

I qrupu

Andorra – İsveçrə 1:2
Qol
: Vyeyra, 67 – Freuler, 7. Amduni, 32.

Belarus – İsrail 1:2
Qol
: Ebonq, 16 – Vaysmann, 85. Qlux, 90+2.

Kosovo – Rumıniya 0:0

Xal : İsveçrə – 9, Rumıniya – 7, İsrail – 4, Kosovo – 3, Andorra – 1, Belarus – 0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button