Azərbaycan millisinin rəqibinin düşərgəsində yeni futbolçu

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Slovakiya milli komandasının heyətinə yeni futbolçu cəlb olunub.

Komanda.az “sport.sk” saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Pavel Hapal “Jilina”nın qapıçısı Dominik Holeki millinin düşərgəsinə dəvət edib. 25 yaşlı qapıçı, səhhətində problemlər yaşayan Dominik Qreyfi əvəzləyib. Qreyf Azərbaycanla oyunda iştirak etməsə də, heyətdən çıxarılmayıb.

Noyabrın 19-da keçiriləcək Slovakiya – Azərbaycan oyunu saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button